Koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

  • By admin
  • 11 Dekabr 2022 21:53

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 511 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 9986 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1475, ümumilikdə isə 7 394 585 test icra olunub.

Gununsesi.info