Koronavirusu neytrallaşdıran maska hazırlandı

Lissabonun Molekulyar Tibb İnstitutu yeni növ koronavirusu (COVID-19) zərərsizləşdirə biləcək ilk qoruyucu maska ​​hazırlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iyulun 25-də “La Razón” qəzeti xəbər yayıb.

Məlumata görə, söhbət olduqca effektli və təkrar istifadə edilə bilən maskadan gedir. Qoruyucu vasitələr suya davamlı bir neçə növ parçalardan hazırlanıb. Keçirilən testlər məhsulun koronavirus infeksiyasından qorunmasında effektivliyini təsdiqləyib.

Gununsesi.info