Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?

  • By admin
  • 22 İyul 2020 10:17

Hazırda həkimlər koronavirusun simptomlarının beşinci günündə hər bir xəstə üçün riskləri əvvəlcədən təxmin etməyə imkan verən vasitəyə sahibdirlər.

Gununsesiaz.info bildirir ki, bu barədə Vesti.ru xəbər verir.

Britaniyalı tədqiqatçılar böyük bir araşdırma nəticəsində özünü bütöv simptomlar dəstəsi olaraq göstərən COVID-19-un altı növə bölünə biləcəyini müəyyənləşdiriblər. Təcrübə üçün 1 600 britaniyalı və amerikalının nəticələrindən istifadə edilib.

Şüur bulanıqlığı ​​və qarın ağrısı kimi “qeyri-klassik” simptomların xəstəliyin ən ciddi formalarını göstərdiyi aşkar edilib.

Yeni məlumatların 2020-ci ilin payız-qış aylarında gözlənilən COVID-19-un ikinci dalğası zamanı daha çox insanın həyatını xilas etməyə kömək göstərəcəyi gözlənilir.

Eyni zamanda, həkimlər xəstələrin hansının daha böyük risk altında olduğunu müəyyən edə biləcək və koronavirus infeksiyasının ikinci dalğası zamanı hansı xəstənin xəstəxanaya yerləşdirilməyə ehtiyac duyacağını təxmin etmək daha asan olacaq.

Gununsesiaz.info