Koronavirusun daha bir mutant növü aşkarlandı

  • By admin
  • 18 Yanvar 2021 15:54

Almaniyada koronavirusun yeni mutasiyası aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Merkur” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin Bavariya əyalətindəki bir klinikada koronavirusun yeni mutant növünə rast gəlinib.

Xəstəxananın meneceri Franz Niederbühl ötən həftə mütəxəssislərin xəstələrdə dəyişiklik müşahidə etdiyini, tibb müəssisəsi tərəfindən alınan xüsusi cihaz sayəsində mutant versiyanın aşkarlanmasının mümkün olduğunu açıqlayıb. Nəticələr həkimlərə qəribə gəlib, buna görə də “Şarite” xəstəxanasındakı həmkarları ilə əlaqə saxlayıblar. 3 xəstədən dondurulmuş nümunələr çərşənbə günü Berlinə çatdırılıb və 2 gün sonra “Şarite” həkimləri bunun SARS-CoV-2-nin yeni mutasiyası ola biləcəyinə dair şübhələri təsdiqləyib. Qeyd olunub ki, bu versiyaya daha əvvəl heç bir ölkədə rast gəlinməyib.

Həkimlər bu mutasiyanın xüsusiyyətləri barədə dəqiq məlumata sahib olmadığı üçün daha çox yoluxmanın ola biləcəyi barədə sualları cavablandırmırlar.

Virusun yeni mutasiyasının necə meydana gəldiyi də hələ bilinmir.

Mütəxəssislər pandemiyanın başlanğıcından bəri dünyada virusun quruluşunda 12 mindən çox dəyişiklik qeydə alındığını bildirir.

Gununsesi.info