İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün tapıldığını açıqlayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik yeni növün nazirliyin tabeliyindəki virusologiya laboratoriyası olan Sheba Tibb Mərkəzində aparılan bir araşdırma ilə müəyyənləşdirildiyini bildirib.
Araşdırma ilə ötən ilin fevralından bu ilin yanvarınadək İsraildə təsbit olunan bütün COVID-19 mutasiyalarının təhlil edildiyini bildirən nazirlik yeni mutasiyaya ilk olaraq keçən ilin iyulunda bir nümunədə rast gəlindiyini və ümumilikdə 181 nümunədə müşahidə edildiyini bəyan edib.
Yeni mutasiyanın daha az yoluxucu olduğu və ağırlaşmaya səbəb olmadığı vurğulanıb.
Qeyd edək ki, İsraildə indiyədək 832 min 574 nəfər koronavirusa yoluxub, onlardan 6 min 197-si pandemiyanın qurbanı olub.