Koronavirusun ikinci dalğasının baş verə biləcəyi 10 ölkə

  • By admin
  • 26 İyun 2020 22:05

Gununsesi.org musavat.com-a istinadla xəbər verir ki, İngiltərənin məşhur Oksford Univetsiteti koronavirus pandemiyasının ikinci dalğasının baş verə biləcəyi 10 ölkənin adını açıqlayıb.

Artıq bir neçə aydır ki, dünyada koronavirus bəlası tüğyan etməkdədir. Bir neçə ölkə virusla mübarizədə özünü qalib elan etsə də, bir qədər sonra yenidən həmin ölkələrdə yoluxma halları artmağa başladı. Bəzi mütəxəssislər bunu koronavirusun ikinci dalğası ola biləcəyindən ehtiyyat edir.

İngiltərənin məşhur Oksford Universiteti bu barədə araşdırma aparıb və virusun ikinci dalğasının baş vermə ehtimalı yüksək olan 10 ölkənin adını açıqlayıb.

Sıra ilə həmin ölkələr bunlardır: Almanİya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya və Səudiyyə Ərəbistanı.

“The Guardian” qəzetinin yazdığına görə Oksford Universiteti 45 ölkə və 25 min yoluxma üzərində apardığı araşdırmalardan sonra bu qənaətə gəlib.

Türkiyə, Belçika, Kanada, Pakistan, Belarusiya, İtaliya, İspaniya, Sinqapur və Hollandiya isə son vaxtlar koronavirusla mübarizə tədbirlərini azaltmaqlarına baxmayaraq, yoluxma sayında böyük artım müşahidə edilməyən ölkələrdir.

 

 

 

Gununsesi.org