Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı

  • By admin
  • 25 Mart 2020 10:57

Koronavirusun yeni ehtimal olunan episentri açıqlanıb.

Gununsesi.org bildirir ki, “South China Morning Post”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris açıqlama verib.

Onun sözlərinə görə, bu, ABŞ ola bilər:

“Hazırda ABŞ-da yoluxanların sayında sürətli artım müşahidə edilir. Deməli, onların, doğrudan da, belə potensialı var”.

Son məlumatlara görə, ABŞ-da 54893 yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 783-ü ölüb, 348-i sağalıb.

Gununsesi.org