Koronovirusun İrandan sonra bölgədə ən çox ziyan vurduğu ölkə Azərbaycan olacaq – QUBAD İBADOĞLU

  • By admin
  • 11 Mart 2020 11:04
Tanınmış iqtisadçı Qubad İbadoğlu Qazaxıstanın Azərbaycanla sərhədi bağlaması barədə xəbər paylaşıb.
Gununsesi.org bildirir ki, o Facebook hesabında yazır :
Koronovirusun bölgədə İrandan sonra ən çox ziyan vurduğu ölkə Azərbaycan olacaq. Artıq İranla və Gürcüstanla sərhədləri üzünə qapanan Azərbaycanın yeganə çıxışı Rusiya istiqamətindədir. Belə ki, Qazaxıstan virusun yayılmasının qarşısını almaq üçün İran və Azərbaycandan sərnişin daşıyan gəmilər üçün Aktau və Kuryk limanlarını bağlayıb. Rusiyanın da anoloji addınlar atması tranzit nəqliyyat dəhlizlərinin kəsişdiyi, eləcə də Novruz bayramı ərəfəsində ən çox turist qəbul etdiyi Azərbaycanın iqtisadiyyatına, istehlak bazarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Görünür ki, yaxın gələcəkdə iqtisadiyyatda problemlər yalnız ucuzlaşan neft qiymətlərinə görə deyil, həm də məhdudlaşan ticarət, turist və nəqliyyat əlaqələrinə görə artacaq. Odur ki, mövcud və gözlənilən çətinlikləri nəzərə alaraq iqtisadiyyatda təxirəsalınmaz tədbirlər proqramı işlənilməlidir.

Gununsesi.org