Körpənin ölümünə səbəb olan ginekoloqa cinayət işi açıldı

Şirvanda ginekoloq səhlənkarlığına görə yeni doğulan körpə ölüb.

Şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini Elnurə Binyətovanın 8 avqust 2022-ci ilddə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası”nın Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

HTML tutorial

Araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Fərqanə Qədirova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Gununsesi.info