
Səudiyyə Ərəbistanında korrupsiyada ittiham edilərək həbs olunan şəxslərdən ikisi, mərhum kral Abdulla ibn Abdul-Əziz Əl Səudun oğulları – şahzadə Feysəl bin Abdulla və Maşallah bin Abdulla azad edilib.
Gununsesi.info xəbər verir ki, bununla da hazırda həbsxanada qalan yeganə şahzadə Turki bin Abdulladır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlarından biri şahzadə Əl-Valid bin Taləl də var idi.
Gununsesi.info