“ Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna iki maddə əlavə olundu

  • By admin
  • 14 Oktyabr 2016 12:15

korrupsiya

“ Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna iki yeni maddə əlavə olunub.

Gununsesi. info xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, sözügedən qanuna 11-1.1 və 11-1.2 maddələri əlavə edilir. Bu maddələrdə göstərilir ki,   korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. 11-1.2- ci maddədə isə qeyd olunur ki, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir.

Z.Əsgərov qeyd edib ki, bu əlavələr korrupsiyaya qarşı mübarizə barədə Milli Fəaliyyət Proqramının və müvafiq beynəlxalq konvensiyaların tələblərindən irəli gələn mühüm əlavələrdir.

 Gununsesi. info