Korrupsiyaya yol verən hakimə yüngül cəza- töhmət verildi - O, KİMDİR?

  • By admin
  • 26 Sentyabr 2020 12:06

 

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, sədr Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.

Bundan başqa iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb.

Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib.

Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaqdır.

Nəcəf Cavadsoy

Gununsesi.info