
“Neutrogena” kosmetika brendi dərinin skan edilməsi üçün “SkinScanner” qurğusunu və “Skin360” mobil əlavəsini təqdim edib. Texnologiya istifadəçinin dəri problemlərini aşkarlayacaq, eləcə də profilaktika üsullarını təklif edəcək.
Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, skaner “iPhone” smartfonunun yuxarı hissəsinə bərkidilərək dəriyə yaxınlaşdırılır, əlavə isə onun vəziyyətini müəyyənləşdirir. Skaner və smartfon arasında bağlantı “Bluetooth” vasitəsilə həyata keçirilir.
“SkinScanner” qurğusunun və “Skin360” əlavəsinin rəsmi təqdimatı yanvarın 9-12-də keçiriləcək “CES-2018” Beynəlxalq istehlak elektronikası sərgisi çərçivəsində planlaşdırılır. Qurğu və əlavə yalnız “iPhone” smartfon modelini dəstəkləyəcək.
Gununsesi.info