Moskva Elmi-Praktik Dermatovenerologiya və Kosmetologiya Mərkəzinin baş həkiminin müavini Oksana Porşina dərini qorumağın yollarını açıqlayıb.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, dərini qorumaq və nəmləndirmək prinsiplərinə hər kəs əməl etməlidir.
“Təkcə çimərliklərdə istirahət edənlər deyil, küçədə işləyən insanlar da günəş işığına məruz qalırlar. Sağlamlığınızı qorumaq üçün dərini qorumaq və nəmləndirmək prinsiplərinə əməl etməlisiniz. Belə havalarda günəşdən qoruyucu vasitələrdən istifadə etmək mütləqdir, onu təkcə bədənə deyil, üzə də çəkmək lazımdır. Üzgüçülük və digər su prosedurlarından sonra kremi yenidən istifadə edin.
Bundan əlavə, isti havalarda açıq rəngli paltarlar geyinin və günorta saatlarında günəşli yerlərdə olmamağa çalışın. Gün batdıqdan sonra yenə nəmləndiricilərdən istifadə etmək lazımdır və ya gün ərzində termal vura bilərsiniz. Çox açıq dəriyə sahib olan insanlar ən yüksək qorunma dərəcəsi olan məhsullara ehtiyac duyurlar.
Ancaq dəridə səpgilər əmələ gəldiyini görsəniz, mümkün qədər tez dermatoveneroloqa müraciət edin. Heç bir şikayət olmasa belə, mütəmadi olaraq profilaktik müayinələrdən keçməlisiniz”, – mütəxəssis yekunda vurğulayıb.
Gununsesi.info