
Bu yaxınlarda Rusiyanın kosmosda peyk əleyhinə nüvə silahları ilə müharibəyə başlayacağına dair kəşfiyyat məlumatlarının ortaya çıxması ilə yeni bir ssenarini gündəmə gətirib.
Gununsesi.info xəbər verir ki, ABŞ kəşfiyyatı Rusiyanın Qərblə düşmənçiliyini kosmosa daşıyacağına dair materiallar dərc edərkən, Avropada yeni müzakirələr başlayıb.
Amerika kəşfiyyat bölmələri səlahiyyətlilərə xəbərdarlıq edib və Rusiyanın kosmosa peyk əleyhinə nüvə silahı yerləşdirməyə hazırlaşdığını iddia edib. Kreml bu iddiaları rədd edərkən, Avropa ölkələri də kosmosda mümkün cəbhə üçün hərəkətə keçib.
Almaniyanın iqtisadiyyat naziri Kristian Lindner deyib ki, Avropa Rusiyanın mümkün addımına birlikdə cavab verməlidir. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə məqalə yazan Lindner ABŞ-ın keçmiş prezidentlərindən olan və noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olacağı dəqiqləşən Donald Trampın NATO ilə bağlı fikirlərini də dəyərləndirib.
Qeyd edək ki, keçən həftə qatıldığı mitinqdə Tramp NATO-ya üzv ölkələrin onlara dəstək vermək üçün üzərinə düşəni etmədiyini deyib və ABŞ-ın bundan sonra bu ölkələri müdafiə etməyəcəyinə işarə edib.
“Biz Donald Trampın son bəyanatlarını NATO çətiri altında Avropa təhlükəsizliyinin bu elementini daha da nəzərdən keçirməyə çağırış kimi başa düşməliyik. Fransa və Böyük Britaniyanın strateji nüvə qüvvələri artıq bizim ittifaqın təhlükəsizliyinə töhfə verir. Əsl sual budur: Paris və London hansı siyasi və maliyyə şərtləri altında kollektiv təhlükəsizlik üçün öz strateji imkanlarını saxlamağa və ya genişləndirməyə hazır olacaqlar? Avropada sülh və azadlıqdan söhbət gedəndə biz bu çətin suallardan çəkinməməliyik”, – deyə Lindner bildirib.
İngiltərə və Fransa Avropanın yeganə nüvə dövlətləridir və NATO-nun bir hissəsi olsalar da, öz nüvə arsenallarına müstəqil nəzarət edirlər. Ancaq bu iki ölkənin nüvə silahı ehtiyatları Rusiyanın nüvə silahlarına qarşı çox zəif ola bilər.
NATO-nun nüvə qarşısının alınması, Rusiyanın 5800 nüvə raketi ilə müqayisədə təxminən 5200 nüvə raketi ilə ikinci ən böyük nüvə raket ehtiyatına malik olan ABŞ-dan çox asılıdır. Lakin bu silahların mindən çoxunun istifadə olunmadığı təxmin edilir.
Avropada Almaniya, İtaliya və Hollandiyada nüvə başlıqları olduğu halda, Avropanın çətir nüvə qalxanı yaratması ön plana çıxıb.
İngiltərənin “Daily Mail” qəzeti mövzu ilə bağlı xəritə hazırlayarkən NATO üzvü ölkələrin də bu qalxandan faydalana biləcəyinə diqqət çəkib. İngiltərə mətbuatında Türkiyənin də xəritədə yer aldığı görünür.
Gununsesi.info