Kosmik stansiyada hamımız birlikdə yemək yeyirik - Türk astronavt

“Mənim Beynəlxalq Kosmik Stansiyadakı həyatım bura gəlməzdən xeyli əvvəl yaxşı iştirak edən komanda tərəfindən tam təfərrüatı ilə planlaşdırılıb”.

 

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, kosmosa çıxan ilk astronavt Alper Gezeravcı deyib:

 

“Gündəlik işimə missiya idarəetmə mərkəzi ilə planlaşdırma görüşü keçirərək başlayıram. Hər gün orta hesabla 12-15 müxtəlif missiya yerinə yetirirəm. Mən vaxtımı çox yaxşı istifadə etməliyəm və aylarla hazırlaşdığımız üçün planlaşdırılan bütün işləri başa çatdırmalıyam”.

 

“Stansiyanın 25 illik tarixində ilk dəfə eyni anda 7 ölkədən astronavtlar, 9 fərqli millət bir yerdə işləyir. Biz bütün dostlarımızla bir yerdəyik. Birlikdə vaxt keçiririk və bəzi fəaliyyətlər edirik. Məsələn, eksperimental işlərimizi tək görürük, amma bəzi işlərdə birlikdə işləyirik və bir-birimizə kömək edirik. Yemək üçün də bir araya gəlirik”, – deyə o vurğulayıb.

 

 

Gununsesi.info