Kosmos yolçuluğunda erkən ölməməsi üçün insanları dondura biləcəklərmi?

  • By admin
  • 10 Fevral 2020 16:59

Kainatda sistemlər arası bir səfər etməyə cəhd edənlər, səyahət edəcək sərnişinin gəmidə yaşlanıb ölməmələri üçün bir tədbir ala biləcəkmi?

İnsanların ən böyük xəyallarından biri kosmosun dərinliklərində ulduz sistemləri arasında səyahət etməkdir.Ancaq bildiyiniz kimi, ulduz sistemləri çox uzaqda yerləşir və bir insan ömürü ilə bu səfərin müddəti müqayisə edildiyində ortaya nəhəng bir fərq çıxa bilir.

Gununsesi.org deyerler.org-a istinadən bildirir ki, yüksək sürətlərə çatdıqda zaman genişləməsi sayəsində sürətlə gedən biri, digərlərdən daha yavaş yaşlanır. Yenə də insanların içində olduğu bir kosmos gəmisi işıq sürətinin 90%-nə çatsa belə insan ömrü hələ o səfərin müddətinə müqayisə etdikdə bir qum dənəsi kimi görünür.

İndiki vaxtda texnologiyalarıyla işıq sürətinə çatmanın imkanı yoxdur. Bu səbəbdən alimlər, kosmos gəmisində səfər edənlərin yaşlanmasını önləyəcək bir həll tapmaq məcburiyyətindədirlər. Bu həll isə elmi-fantastik filmlərdə də tez-tez gördüyümüz ‘yatırtma’ həllidir.

İnsanın bədənini passivləşdirən və yaşlanmasına maneə törədən bir həlli meydana gətirmək üçün indiki vaxtda kifayət qədər texnologiya var. Biovitrifikasiya adlı texnika, bir müddətdir orqan nəqlində istifadə edilir. On illərdir istifadə edilən bu texnologiya, gələcəkdə kosmos səyahətlərini asanlaşdırma imkanına sahibdir.

Biovitrifikasiya, donma təsirindən qoruyan bir mayenin istifadəsi ilə insan toxumasının istiliyini salaraq toxuma yaşlanmasını ən az səviyyəyə endirir. İstifadə edilən maye, hüceyrələrin parçalanmasına gətirib çıxaran buz kristallarının meydana gəlməsinə əngəl törədir.

Bu texnika orqan nəqlində istifadə edilsə də, hələ insanlarda sınanmadı.

Gununsesi.org