Israil hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu yerli “İkinci kanal” telekanalı bildirib.
Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş ən təkmilləşdirilmiş peyk olduğunu qeyd edib.
Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb.
Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.
Gununsesi.info