Kosmosda ən çox qalan astronavt oldu

  • By ilhame
  • 13 Sentyabr 2023 22:50

“NASA” astronavtı Frank Rubio kosmosda ən uzun müddət qalan astronavt olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, F.Rubio “NASA” astronavtı Mark Vande Heinin 355 gün 3 saat 45 dəqiqəlik kosmosda qalma müddətini keçib və beləliklə, yeni rekord qırıb.

Kosmosa səfər edən F.Rubio bir neçə həftədən sonra Yerə qayıdacaq və kosmosda qalma müddətini 371 günə çatdıracaq.

 

Gununsesi.info