Kosmosda maraqlı aksiya - KÜTLƏVİ İMLA YAZILACAQ

  • By admin
  • 12 Aprel 2018 21:05

Artıq ikinci dəfə kosmosda “kütləvi imla” yazılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Vladivostokda təşkil olunmuş mətbuat konfransında “Kütləvi imla” aksiyasının rəhbəri Olqa Rebkobes deyib.

Aksiyanın aprelin 14-də keçirləcəyini qeyd edən layihə rəhbəri kosmonavtlar Anton Şkallerov və Oleq Artyomovun aksiyada iştirak edəcəklərini təsdiq edən səs yazısını dinlədib.

Layihə rəhbəri deyib: “Artyomov ilk dəfə 2014-cü ildə kosmosda imla yazıb. Bu dəfə yenə uçub, görünür orada yenə imla yazmaq üçün”.

Gununsesi.info