Kosovonun şimalında 30 nəfərlik silahlı serb qrup Şimali Mitrovitsadakı Leposaviç sərhəd bölgəsindəki Zveçan Bələdiyyəsinə bağlı Banjska kəndinin girişindəki körpünü iki sənədsiz yük maşını ilə barrikada quraraq, nəqliyyatın hərəkətinə mane olub və bölgəyə gedən polisə atəş açıb.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 polis isə yaralanıb. Hücum edənlər daha sonra Banyska monastırına yerləşdirilib. Kosovo polisinin əməliyyatı zamanı 3 serb hücumçu zərərsizləşdirilib.
Kosovo prezidenti Vjosa Osmani Kosovonun Şimali Mitrovitsa bölgəsində Leposaviç sərhəd bölgəsində silahlı serb qruplaşması ilə qarşıdurmada həyatını itirən polis zabiti Afrim Bunjaku üçün bir günlük milli matəm elan edib.
Səid Əhmədli
Gununsesi.info