1998-ci ildə başlayan müharibə və onun gətirdiyi iqtisadi sıxıntılar səbəbindən Avropa ölkələrinə köç edən kosovalılar öz ölkələrinin vətəndaşlığından kütləvi şəkildə imtina edirlər.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropanın müxtəlif ölkələrinə sığınan qırx mindən çox kosovalı yerli icra orqanlarına müraciət edərək vətəndaşlıqdan çıxmaq istədiklərini bildiriblər.
Kosovanın daxili işlər nazirinin köməkçisi İzmi Zeka yazılı açıqlamasında bəyan edib ki, bu il vətəndaşlıqdan çıxanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artaraq 42 minə çatıb.