“Kosovo məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir” – Ceyhun Bayramov

“Azərbaycan və Serbiya arasında münasibətlərin təməlində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət dayanır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov mətbuat konfransında deyib.

HTML tutorial

O bildirib ki, Kosovo məsələsində Azərbaycanın mövqeyi birmənalı və dəyişməzdir: “Bizim sözümüz və addımlarımız üst üstə düşür. Azərbaycan özü oxşar problemdən uzun illər əziyyət çəkib. Biz bu məsələdə ikili standartları qəbul edilməz hesab edirik. Eyni yanaşmanı da Azərbaycan qarşı gözləmişik və tələb etmişik.”