Kosta: ABŞ Ukrayna böhranını daha da gücləndirir

  • By admin
  • 08 May 2022 18:25

ABŞ planetdə bölünməz hegemonluğa nail olmaq üçün Ukrayna böhranını daha da gücləndirir.

Gununsesi.info  xəbər verir ki, bu barədə italiyalı professor Vinçenzo Kosta bildirib.

“Ukrayna Amerikanı narahat edirmi? Mən belə düşünmürəm. Bu münaqişə beynəlxalq nizama təsir edir. Bu, dünyanın birqütblü, yoxsa çoxqütblü olacağından asılıdır. Bu, ABŞ-ın hədəfindən asılıdır”, – deyə ekspert bildirib.

Gununsesi.info