Kral ailəsi dünyada gözdən düşür - AMERİKALI AKTRİSA ŞAHZADƏNİN SPONSORLUĞUNDAN İMTİNA ETDİ

  • By admin
  • 26 Oktyabr 2018 11:30

Amerikalı aktrisa Skarlet Yohansson fotomüxbir Linsi Addarionu canlandıracağı film üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın maliyyə yardımı təklifini rədd edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Addario özü məlumat verib:

“Skarlet qəti şəkildə imtina etdi. “Bu adam Yəməndə müharibəni davam etdirir, qadınları həbsxanalara atır” dedi. Bu, Camal Qaşıqçının ölümündən öncə baş vermişdi”.

Addario qeyd edib ki, Məhəmməd bin Salmanın filmin ərsəyə gəlməsində rol almayacağı üçün Allaha şükür etdiyini söyləyib.

Qeyd edək ki, filmdə Addarionun Liviya və Fələstin kimi müharibə bölgələrində çalışarkən məruz qaldığı cinsi zorakılıqlar və şiddətdən bəhs ediləcək.