Kral ailəsində boy rəqabəti

  • By admin
  • 20 Noyabr 2023 16:41

İspaniyada kral ailəsinin iki gənc üzvü arasında boy rəqabəti gündəmdədir.

Gununsesi.info xəbər verir ki, İspaniyada taxt-tacın varisi və kral VI Felipenin böyük qızı Leonorun 16 yaşlı bacısı Sofiya ilə çəkdirdiyi foto Avropa mediasının gündəminə düşüb.

Fotoda bacılar yan-yana dayanıblar, Leonor hündürdaban ayaqqabı geyinib, Sofiya isə düz dabanlı balet paltarlarına üstünlük verir.

Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Bild” “Kiçik bacı böyüdü. İspan şahzadəsi boy uzatmaq üçün aldadır” başlığı ilə xəbər yayımlayıb.

Belə görünür ki, Leonor 1,70 metr, Sofiya isə böyük bacısından 5 santimetr hündürdür. “Bild”də çıxan xəbərdə Leonorun tez-tez hündürdaban ayaqqabılara üstünlük verdiyinə diqqət çəkilib.

Qızların anası Kraliça Letiziyanın boyu 1,70 metr olaraq qeyd edilir.

Gununsesi.info