Kral ailəsinin fotoşəklini satıb qızının xərclərini qarşılayacaq - FOTO

  • By admin
  • 26 Dekabr 2017 20:56

Birləşmiş Krallığın kral ailəsinin 4 üzvünün gülümsəyərkən fotosunu çəkən qadın bir anda sosial şəbəkə fenomeninə çevrilib.

Gununsesi.info xəbər verir ki, BBC-yə açıqlama verən Karen Anvil özünün və 17 yaşlı qızının kral ailəsini görmək arzusundan söz açıb. Anvil bu arzunu reallaşdırmaq üçün qızı ilə Milad bayramında Maria Maqdalena kilsəsinə gedib. O, kral ailəsinin üzvlərini görüncə sevincindən “Bayramınız mübarək” deyə qışqırıb və onların diqqətini çəkə bilib. Gülümsəyən ailəni görüntüləyən ana fotonu sataraq əldə edəcəyi pul ilə qızının təhsil xərclərini qarşılamağı planlaşdırır.

Gununsesi.info