Kral dünyasını dəyişdi

  • By admin
  • 13 Oktyabr 2016 16:10
kral
Tailandın kralı Pxumipxon Adulyadet (Doqquzuncu Rama) 89 yaşında Bankoqkdakı Sirirat xəstəxanasında dünyasını dəyişib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  kral Pxumipxon Tailanda 1946-ci ildən rəhbərlik edirdi və dünyada ən uzunömürlü  kral hesab edilirdi. Kral 1927-ci ildəABŞ-da  Tailandən  Çakri dinastiyası ailəsindən olan nəsldə dünyaya göz açıb. Onun bir yaşı olanda 1928-ci ildə  ailəsi Tailanda qayıdır. Kral təhsilini İsveçrədə alıb.
Kralın yerini onun yeganə oğlu Maxa Vaçiralonkorn tutacağı ehtimal edilir.
Gununsesi.info