Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğradı - MALAYZİYADA

  • By Mayil
  • 15 İyun 2017 20:01

malay

Malayziyada radarlardan itmiş Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Straits Times” nəşri məlumat yayıb.

Məlumata görə, “Hawk-108” qırıcısı Kuantan aviabazasından 51 kilometr kənarda qəzaya uğrayıb. Təyyarənin hər iki heyət üzvü həlak olub.

Əvvəlki məlumatlarda bildirilirdi ki, təyyarə aviabazadan havaya qalxdıqdan 30 dəqiqə sonra Pahanq və Terenqqanu ştatlarının sərhədində onunla əlaqə kəsilib.

Gununsesi.info