Kral İlham Əliyevi təbrik etdi

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Gununsesi.info  xəbər verir ki, Kralın təbrik məktubunda deyilir:

“Zatı-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram”.

 

 

Gununsesi.info