İngiltərə kralı III Çarlz xərçəng diaqnozu qoyulduqdan sonra ilk dəfə müalicəsi haqqında danışıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 75 yaşlı Kral III Çarlz “Müqəddəs Georgi” kapellasında Pasxa bayramın ilə bağlı keçirilmiş ayində iştirak edib. O, burada 76 yaşlı həyat yoldaşı Kraliça Kamillanın ilə birgə ictimaiyyət qarşısında çıxış edib.
Səhhəti üçün bacardığı qədər hər şeyi etdiyini bildirən Kral III Çarlz xəstəliyi səbəbindən müvəqqəti olaraq ictimai vəzifələrini dayandırıb.
“Hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələsindədir. Bu xəstəlik qarın boşluğunda əməliyyatından sonra aparılan müayinələr zamanı aşkar edilib. Mən onun cəsarəti ilə fəxr edirəm”– deyə Kraliça Kamilla bildirib.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkərlərdə 75 yaşlı kralın ictimaiyyəti salamladığı video yayılmışdı. Yayılan bu video insanlardan tərəfindən xoş qarşılanıb. Hər kəsin onun tezliklə sağlamlığına qovuşmasını arzulayıb.
Şəbnəm
Gununsesi.info