Martın 1-i Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səud İndoneziyaya rəsmi səfərə gedib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, kral səfərə 459 ton ağırlığında baqajla çıxıb.
Belə ki, iki ölkə arasında milyard dollarlıq investisiya müqavilələrinin imzalanması gözlənilir.
Kralı Salmanın baqaj yükünə iki ədəd “Mercedes-Benz S600” limuzin avtomobili, həmçinin, iki elektrik lifti də daxildir.
459 ton ağırlığında yük, məhz, 27 ədəd təyyarə ilə İndoneziyaya gətirilib.
Hazırda yükün bir hissəsi – 63 tonu Cakartaya, qalan 396 tonu isə Baliyə gödərilib.
Qeyd edək ki, İndoneziyada Səudiyyə Kralının kortejinin keçəcəyi marşrut üzərində olan çılpaq heykəllərin üzəri örtülüb.
Anar
Gununsesi.info