![](https://www.gununsesi.info/wp-content/uploads/2017/09/01-6-250x200.jpg)
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanının kralı Məhəmməd bin Salman əl-Saud, Qətər əmiri Tamim bin Həməd əl-Tani ilə telefonla danışıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı hər iki lider Qətər böhranın danışıqlar yolu ilə həll edilməli olduğunu bildiriblər.
Belə ki, aparılan danışıqlar barədə ətraflı məlumat verilmir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri dayandırdıqlarını bəyan edib.
Anar
Gununsesi.info