
Devid Kemeronun istefasından sonra Mühafizəkarlar Partiyasının lideri Tereza Mey rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib.
Gununsesi. info-nun xarici KİV-ə istinadən məlumatına görə, bununla əlaqədar Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.
II Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirlərin adları bəlli olacaq. Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü baş naziridir.
Həmçinin, qeyd edək ki, Böyük Britaniyanın yeni xarici işlər nazirinin də kimliyi məlum olub. Yeni xarci işlər naziri Londonun sabiq meri olan Boris Consondur.
Gununsesi.info