Kraliça II Elizabetin dəfn mərasimi başa çatdı - VİDEO

  • By admin
  • 19 Sentyabr 2022 20:54

Londonda Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.

Gununsesi.info “The Guardian”a istinadən xəbər verir ki, kraliçanın tabutu sentyabrın 14-dən bu yana saxlanıldığı Vestminster sarayından Vestminster abbatlığına aparılır.

ABŞ Prezidenti Co Baydenin artıq dəfn mərasiminin baş tutacağı məkana çatdığı bildirilir. Bununla yanaşı, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın keçmiş Baş nazirləri Boris Conson, Tereza Mey, Devid Kemeron, Qordon Braun və digər rəsmi şəxslər də iştirak edir.

Gununsesi.info