Kraliça ölərsə…

  • By admin
  • 03 Sentyabr 2021 20:06

95 yaşlı kraliça II Yelizavetanın dünyasını dəyişərkən xaos yaranmaması üçün Böyük Britaniyada  xüsusi plan hazırlanıb.

Gununsesi. info xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Portalda yayılan sənədlərə əsasən, kraliçanın öləcəyi və dəfn ediləcəyi günlərlə bağlı bütün detallar hər incəliyinə qədər düşünülüb.

II Yelizavetanın ölümü ilə əlaqədar hazırlanmış plana İngiltərə hökuməti tərəfindən “London körpüsü” adı verilib. Plan Londonda sıxlığın və xaosun qarşısını almaq üçün kütlə ilə mübarizə aparmaq məqsədilə hazırlanıb.

Kraliçanın ölüm tarixinə “D-Day” adı veriləcək. Onun dəfninə qədər hər növbəti gün “D+1”, “D+2” və s. adlandırılacaq.

II Yelizavetanın ölüm xəbəri Bukingem sarayı tərəfindən hökumət nümayəndələrinə “London körpüsü dağıldı” kod ifadəsi ilə bildiriləcək. Ölkənin Baş naziri bu xəbəri öyrənən ilk şəxs olacaq. Bundan sonra kral ailəsi II Yelizavetanın ölümü ilə bağlı ictimaiyyət üçün “rəsmi məlumat” yayacaq.

Yüksək vəzifəli məmurlar isə hökumətin mətbuat katibi tərəfindən elektron məktublar alacaqlar. Daha sonra Uaytholl bayraqları endiriləcək. Mümkün ictimai qəzəbin qarşısını almaq üçün bütün bu işlər 10 dəqiqə ərzində görülməlidir. II Yelizavetanın dəfni ölümündən 10 gün sonra Vestminster abbatlığında keçiriləcək.

Müdafiə Nazirliyi bütün salamlama nöqtələrində atəşfəşanlıq nümayişi hazırlayacaq. Daha sonra ölkədə bir dəqiqəlik sükut elan olunacaq. Vətəndaşların kraliça ilə vidalaşması üçün ölümündən 6-9 gün ərzində onun nəşi Vestminster sarayına qoyulacaq. Ziyarətlərə gündə 23 saat icazə veriləcək.

Günorta saatlarında təşkil ediləcək dəfn mərasimi zamanı ölkədə iki dəqiqəlik sükut elan ediləcək, London və Vindzorda yürüş olacaq. Vindzor qəsrində Müqəddəs Georgi kapellasında təntənəli mərasim keçiriləcək. Kraliça daha sonra VI Georq memorial kapalleasında dəfn ediləcək. Dəfn günü ölkədə “Ümumxalq hüzn günü” elan olunacaq.

Gununsesi. info