Kraliçanın ölümünə inanmadı: TABUTUNU AÇMAQ İSTƏDİ

Keçən həftə Londondakı “Westminster Hall”-da Kraliça II Elizabetin tabutuna tərəf qaçan və təhlükəsizlik işçiləri tərəfindən zaldan zorla çıxarılaraq həbs edilən şəxs istintaqda maraqlı açıqlamalar verib.

Gununsesi.info-nun xəbərinə görə, kraliçanın tabutunun üzərindəki bayrağı qaldırmağa çalışan şəxs onun ölümünə inanmadığını söyləyib.

HTML tutorial

28 yaşlı Məhəmməd Xan adlı şəxs kraliça Elizabeti çox sevdiyini də gizlətməyib:

“Mən onu çox sevirəm. Doğrusunu bilmək istəyirsinizsə, onun öldüyünə inanmıram. Mən yenə də kraliça ilə danışmaq üçün Bukingem Sarayına getmək istəyirəm. Ona görə də kraliçamızın həqiqətən ölüb-ölmədiyini yoxlamaq üçün tabutunu açıb baxmaq istədim. Onun ölümünə ömrümün sonuna qədər şübhə ilə yanaşacağam. Mən kral ailəsinə kraliçanın ölüb-ölmədiyi ilə bağlı rəsmi məktub göndərmişdim. Amma rəsmi cavab gəlmədi. Deməli, kraliça ölməyib”.

Gununsesi.info