

Səudiyyə Ərəbistanının şahzadələrindən biri Səud bin Əbdüləziz bin Musaed bin Saud bin Abdulaziz sosoial mediada bid nəfərə silah yönlətdiyi videonun yaydığına görə həbs edilib.
Gununsesi.info “Haberturk”ə istinadən xəbər verir ki, şahzadə bir nəfərin başına silah çəkərək, başından qan axan şəxsin videosunu “Youtube”da və “Twitter”də yayıb. Belə ki, videoda bir maşının üzərində 18 şüşə viski və bir bağlama pul, digər maşında isə başından qan axan adamı döyən şəxs görüntülənir.
Bu video ciddi rezonansa səbəb olub. Bundan sonra Səudiyyə Ərəbistanı dövlət televiziyası Kral Salmanın əmri ilə həmin şahzadənin həbs edilməsi barədə xəbər yayıb. Xəbərdə bildirilib ki, şahzadənin məhkəmə qərarı olmadan kimsənin şahzadənın azad etmsini də qadağan edib.
Gununsesi.info