
Rusiyanın Krasnodar diyarının Novokubansk rayonunun ərazisində minik avtomobili və poçt furqonunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə bölgənin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yol qəzası Armavir – Otradnaya yolunda baş verib:
“VAZ 2114” markalı avtomobilin sürücüsü yol kənarına çıxaraq idarəetməni itirib və qarşı yola çıxaraq əks istiqamətdə hərəkətdə olan “Luidor” markalı furqonla toqquşub”.
Məlumata görə, hadisədə minik avtomobilinin 29 yaşlı sürücüsü və 40 yaşlı sərnişini ölüb. Furqonda isə bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info