Moskvada içərisində azərbaycanlıların da olduğu təyyarənin təkəri partlayıb

  • By admin
  • 06 İyul 2018 09:33

 

Rusiyanın “Aeroflot” şirkətinin bir qədər əvvəl Şeremetovo Beynəlxalq Hava Limanından həyata keçirməli olduğu 1788 saylı Moskva-Soçi reysi təxirə salınıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, buna səbəb aviareysi yerinə yetirən “Airbus A321” markalı təyyarənin təkərinin partlamasıdır.

Belə ki, təyyarə havaya qalxmaq üçün uçuş zolağına yaxınlaşarkən titrəmə baş verib. Bundan sonra hava gəmisi saxlanılıb. Ona baxış keçirilərkən təkərin partladığı məlum olub. Ardınca sərnişinlər təyyarədən düşürülərək avtobuslarla gözləmə zalına çatdırılıb. Aviareysin təxminən 1 saatdan sonra, baş vermiş nasazlıq aradan qaldırıldıqdan sonra həyata keçiriləcəyi bildirilir.

İnsident nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, təyyarədə 2 azərbaycanlı da olub.