Kredit götürən şəxs vəfat edəndə borcu zamin ödəməlidir?

  • By Admin2
  • 01 Avqust 2025 13:02

Bəzən belə hal olur ki, kredit götürən şəxs vəfat edir və bu zaman həmin borc mübahisə yaradır.

Məsələn, zamin varsa, kredit götürən vəfat edibsə, bank zamindən pul ala bilərmi?

Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyev deyib ki, bəli, bank zamindən pul tuta bilər:

“Əgər kredit götürən şəxs vəfat edibsə, bu zaman həmin borcu zamin ödəməlidir. Çünki zamin ikili borcdur. Kredit götürən hansısa səbəbə ödəyə bilmədikdə borcu mütləq zamin ödəməlidir”.

Orxan

Gununsesi.info