Kredit götürən şəxsin evini yandırıb, pullarını oğurladılar

Tovuzda yanğın hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə Tovuz şəhərinin Vaqif küçəsində qeydə alınıb. Küçədə yerləşən evdə anidən yanğın olub. Dərhal əraziyə FHN əməkaşları cəlb olunub, yanğın söndürlüb.

Araşdırma zamanı məlum olub ki, Abbasəli Məmmədəliyevə məxsus evi qarət məqsədi ilə yandırıblar. Hadisə zamanı işdə olan ev sahibi bildirib ki, evə pəncərdən daxil olan şəxs və ya şəxslər evdən pul götürüb izi irirmək üçün yanırıblar.

O, oğurlanan pulu bankdan kredit götürdüyünü deyib, faktla bağlı polisə məlumat verib.

 

 

Gununsesi.info