“Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur” - PREZİDENTİN KÖMƏKÇİSİ

“Ola bilsin, gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”.

Gununsesi.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

Bank öhdəliklərini yerinə yetirə bilməyənlər üçün hər hansı güzəştin nəzərdə tutulub-tutulmaması ilə bağlı məsələyə münasibət bildirərkən o qeyd edib ki, ilkin tədbirlər paketi zamanı Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın iştirakı ilə güzəştlərin veriməsinə dair müzakirələr keçirilmişdi: “Bu güzəştlərin biznes və banklar arası razılaşmalar əsasında həyata keçirilməsi daha məqsədəuyğun hesab olunub. Gələcəkdə dövlətin bu paketlərə baxmasına, ola bilsin, ehtiyac yaransın. Amma hazırda belə məsələ müzakirə olunmur”, – o əlavə edib.

Gununsesi.org