“Kredit, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz” - DEPUTAT

  • By admin
  • 11 Noyabr 2016 15:44

fazil-mustafa

Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti parlament rəhbərinin diqqətinə çatdırıb.

Gununsesi. info xəbər verir ki, millət vəkili qeyd edib ki, Azərbaycanda bir sıra xidmətlərin ASAN Xidmətə verilməsi çox yaxşıdır:

“Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni, ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bank sistemində kiminsə səhvini axı ASAN Xidmət ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bunu qarışdırmağın mənası yoxdur”.

Kamil HƏMZƏOĞLU

Gununsesi. info