Kreditlərin 80 faiz, əmanətlərin isə 92.3 faizi Bakıya yatırılıb

  • By admin
  • 09 Aprel 2018 16:56

Azərbaycan Mərkəzi Bankının hesabatlarına nəzər yetirdikdə kredit və əmanət qoyuluşlarının böyük hissəsi Bakı və Abşeronun payına düşür.

Gununsesi.info Mərkəzi Banka istinadən martın 1-nə respublika üzrə kredit və fiziki şəxslər tərəfindən əmanət  qoyuluşlarının regionlar üzrə bölgüsünü təqdim edir.

Beləliklə, regionlar üzrə bölgüsündə kreditlər üzrə 80 faiz, əmanət qoyuluşunda isə 92.3 faizi paytaxt Bakının payına düşür.

Bütün bunların başında isə, əlbəttə sahibkarlığın inkişafı durur. İqtisadçılar hesab edir ki, belə disbalansın yaranması, əslində, ölkə iqtisadiyyatının qeyri-bərabər inkişaf etməsinin göstərir. Sahibkarlığın əsas inkişafı Bakı və Abşeron regionundadır. Regionlarda əsasən, kiçik sahibkarlıqdır. Orta və böyük sahibkarlıq, ümumiyyətlə, yoxdur. Ona görə də, kommersiya bankları tərəfindən bölgələrə kreditlərin verilməsi həmişə məhdud olub.

Vüsalə Rüstəmova

Gununsesi.info