Kreditlərin 96 faizi banklar tərəfindən verilib

  • By admin
  • 24 Dekabr 2017 18:10


Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-dək ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12152,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya bildiriblər ki, ümumi kredit portfelinin 9869,0 milyon manatı və ya 81,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1889,6 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizinə bərabər olub.

Gununsesi.info