Kreditlərin hər 7 manatından 1 manatı banka qayıtmır

  • By admin
  • 09 Aprel 2018 12:45


Bu ilin martın 1-nə olan məlumatına görə, ölkə iqtisadiyyatına kredit qoyuşunun həcmi 11 milyard 561 milyon manat təşkil edib. Gununsesi.info bunu Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisə kredit qoyuluşlarının həcmi 4,3 milyard manat və ya 27.1 faiz azalıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya bankları tərəfindən iqtisadiyyata yönələn vəsaitin həcmi 1.6 faiz azalıb.
Kredit qoyuluşları azaldıqca, problemli kreditlərin də həcmi də sürətlə artır. AMB-nın məlumatına görə, bu ilin yanvar-fevral aylarında vaxtı keçmiş kreditlərin həcmi 1.7 milyard manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vaxtı keçmiş borcların həcmi 8.4 faiz olub. Ya da müştərilər tərəfindən götürülən hər 7 manatlıq kreditin 1 manatı qaytarılmadığını deyə bilərik.

Vüsalə