Kremldən Ərdoğanın Qarabağ açıqlamasına cavab

  • By admin
  • 25 Noyabr 2020 15:14

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ açıqlaması ilə bağlı açıqlama vermişdi.

Gununsesi.org xəbər verir ki, Türkiyə lideri Rusiya, Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda davamlı sülhün əsas təminatçısı olduqlarını xatırladıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Qarabağ açıqlamasına şərh verməyib.

“Dünən axşam rəsmi məlumatda verdiyimiz informasiyadan başqa, əlavə edəcək heç nəyimiz yoxdur”- deyə açıqlamada deyilir.

Dmitri Peskov Qarabağda Türkiyə ilə Rusiyanın birgə monitorinq mərkəzi yaradılacağını əlavə edib.

Gununsesi.org