Kreml: Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşməsi barədə danışmaq hələ tezdir

  • By admin
  • 15 İyun 2018 14:14

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi ehtimalını şərh edib.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyunun 14-də Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ilk tanışlıq olub.

“Gələcək təmaslar barədə danışmaq hələlik tezdir”, – deyə D.Peskov üçtərəfli və ya ikitərəfli görüşün olub-olmayacağı barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, İ.Əliyev və N.Paşinyan iyunun 14-də Moskvada 2018-ci il futbol üzrə dünya çempionatının açılışında iştirak ediblər.