Kreml ABŞ-də hazırda neçə Rusiya aktivinin dondurulduğunu açıqlayıb

  • By Admin2
  • 23 Yanvar 2026 15:10

Rusiyanın ABŞ-da 5 milyard dollardan bir az az dəyərində aktivləri dondurulub.

Gununsesi.info bu barədə “Gazeta.ru”-ya istinadən məlumat verir.

Kremlin sözçüsü ABŞ-də dondurulmuş Rusiya aktivlərinin məbləği ilə bağlı sualı cavablandırarkən bildirib ki, “dəqiq məbləği açıqlamayacağam… amma deyəcəyəm ki, bu, 5 milyard dollardan bir az azdır”.

O qeyd edib ki, Putin dondurulmuş aktivlərdən “Qəzza Zolağı üçün Sülh Şurasına” 1 milyard dollar ayırmaq qərarından danışıb. Təşəbbüs bu vəsaitin Fələstində humanitar tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunacağını nəzərdə tutur.

Maqsud

Gununsesi.info